Maştağada evdə partlayış - Sahibi yaralandı

mastagada-evde-partlayis-
Oxunma sayı: 1214

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb, içəridəki əşyalar yanıb. Yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.