Macarıstanda oxumaq istəyənlərin nəzərinə

macaristanda-oxumaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1476

Təhsil Nazirliyi xaricdə təhsillə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, nazirlik vətəndaşların diqqətinə çatdırıb ki, bu qurum 2014-cü il noyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Bundan əlavə, bildirilir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdıqda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146) məlumat vermək xahiş olunur:

“Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi kimi Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər”.