Lənkərandakı şəhid övladlarının ad günlərini bu mərkəz keçirəcək - Fotolar

lenkerandaki-sehid-ovladlarinin-ad-gunlerini-bu-merkez-kecirecek
Oxunma sayı: 3075

Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən “Boranı” Ailəvi İstirahət Mərkəzi xeyriyyə aksiyasına start verib.

Qafqazinfo” xəbər verir ki, mərkəzin kollektivi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sahibkarlara yaratdığı şəraitə cavab olaraq Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının doğum günlərini öz hesabına keçirməyi qərara alıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində “Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilir.

Ötən gün istirahət mərkəzində Sütəmurdov kəndindən olan Zöhrə İbrahimlinin ad günü məclisi keçirilib. Qeyd edək ki, Zöhrə Qarabağ müharibəsində şəhid olmuş Aftandil İbrahimlinin övladıdır.

Ad günü tədbirində Zöhrə İbrahimlinin yaxınları iştirak ediblər.