Lənkəranda bina çökdü - Foto

lenkeranda-bina-cokdu
Oxunma sayı: 2410

Lənkəranda taxta konstruksiyalı birmərtəbəli köhnə tikili çöküb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri binanın yerləşdiyi əraziyə gələrək təhqiqat işləri aparıblar. Binanın ətrafına girişin qadağan olunmasını bildirən lentlər çəkilib.

Həmçinin mövcud vəziyyət barədə müvafiq qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, əvvəllər bu binada Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Şəhərin Səttərxan küçəsi, 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kv.m olan bina uzun müddət qəzalı vəziyyətdə olub.