Lənkəran məktəbliləri şimal bölgələrində səfərdə

lenkeran-mekteblileri-simal-bolgelerinde-seferde
Oxunma sayı: 1376

Lənkəran rayonunu təmsil edən 9,10,11-ci siniflərdə təhsil alan 40 nəfər şagird “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində ölkənin şimal bölgəsinin Quba, Qusar və Xaçmaz rayonlarına səfərə gediblər.

Qafqazinfo” xəbər verir ki. səfər zamanı tur iştirakçıları olduqları rayonların tarixi, mədəniyyəti, təsərrüfat həyatı və təbii-coğrafi mövqeyi ilə tanış olacaq, tarixi yerlərə, abidələrə baxış keçirəcək, həmyaşıdları ilə görüşəcəklər. Eyni zamanda prezident İlham Əliyevin rəhbərliyilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qazanılmış nailiyyətlər barədə məlumatlar əldə edəcəklər.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bu gün Xaçmaz, Quba, Qusar, Tərtər, Ağsu, Qobustan və Ağdaş rayonlarının ümumilikdə 300-dən çox məktəblisi Lənkəran şəhərində olub.

Aksiya iştirakçıları Heydər Əliyev Xatirə Parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıblar. Daha sonra tur iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Bayraq Meydanı ilə tanış olublar.

Aksiya iştirakşılarının Lənkəranla tanışlığı sabah davam etdiriləcək.