Lənkəran-Lerik yolunda sürüşmə artıb - Fotolar

lenkeran-lerik-yolunda-surusme-artib
Oxunma sayı: 1030

Lənkəran-Lerik yolunda 5 il bundan əvvəl başlanan sürüşmə son yağıntılardan sonra daha da aktivləşib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, hal-hazırda ən gərgin vəziyyət yolun 27-ci km-də yaşanır. Burda sürüşmə yolun asfalt qatına artıq çatıb.

Lerik rayonu üçün mühüm əhəmiyyətə malik yolda sürüşmənin aktivləşməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün də çətinliklər yaradır. Yoldan mütəmadi istifadə edən sürücülər bütün mümkün tədbirlərin görülməsini vacib sayırlar.

Sürücü İdris Əliyev bildirib ki, qar-yağış yağanda yolun üst qatından gələn palçıq qatı yolu kəsir: "Bu da ki, bizim üçün çətinlik yaradır. Gedib-gəlmək çətin olur. Əgər sürüşmənin qarşısını almaq və aktivliyini azaltmaq olsaydı, bizim üçün asan olardı, biz də rahat gedib gələrdik".

25 saylı Lerik yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılovun dediyinə görə, ən böyük aktivlik yolun 17-29, 46-53-cü km-ləri arasında müşahidə olunur: "Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Böyük çətinlikılər yaranır. Bunun üçün yolda genişlənmə işləri görülməlidir, bərkitmə işləri görülməlidir.istinad divarları tikilməlidir".

Baş mühəndis vəsait ayrılan kimi işlərə başlanılacağını deyib. Hal-hazırda bölgədə yağıntısız hava hökm sürdüyündən yolda nəqlyyatın normal intensiv hərəkəti müşahidə olunur.