“Kütləvi çıxarış” kampaniyası keçirildi

kutlevi-cixaris-kampaniyasi-kecirildi
Oxunma sayı: 1278

Əmlak Məsələləri Dövlət Komitəsi Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirib.

Qafqazinfo” xəbər verir ki, D.Bünyadzadə küç. 3 ünvanında yerləşən “Ramana Residence” yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç hara getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnmiş olub.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.