“Kütləvi çıxarış” kampaniyası - Abşeronda

kutlevi-cixaris-kampaniyasi-
Oxunma sayı: 1960

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və əlçatanlığı təmin etmək məqsədilə “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.

Qafqazinfo” xəbər verir ki, bu dəfə “Kütləvi çıxarış” kampaniyası 24 avqust tarixində Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilmiş binanın sakinləri üçün keçirilib. Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıb.

Kampaniya çərçivəsində 100-ə yaxın bina sakini öz mənzillərinə dair çıxarışlar əldə edib. Həmçinin, bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır.