Komitə sakinlərə çıxarışlar təqdim etdi

komite-sakinlere-cixarislar-teqdim-etdi
Oxunma sayı: 1066

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Kütləvi çıxarış” kampaniyası çərçivəsində paytaxtın Sabunçu rayonunda yerləşən “Bakıkhanov Residence” yaşayış kompleksində mənzil sahibi olan vətəndaşlara çıxarışlar təqdim edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, yaşayış kompleksinin həyətində komitənin mobil ofislərində 40-a yaxın mənzil sahibinə hazır çıxarışlar verilib. “Bakıkhanov Residence” yaşayış kompleksində kampaniya zamanı çıxarış əldə etmiş sakinlər qeydiyyat xidmətlərindən razılıqlarını bildirib, komitənin bu tədbirini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, artıq iki ilə yaxındır ki, davam edən «Kütləvi çıxarış» kampaniyası vətəndaşlara öz evlərini, mənzillərini, torpaq sahələrini heç bir yerə getmədən elə öz ünvanlarında sənədləşdirmək imkanı yaradıb. Bununla da, əmlakın sənədləşdirilməsi üçün əvvəllər mövcud olan qeydiyyat prosesi tamam sadələşib, vətəndaş-məmur təması azalıb.