Kolleclərə qəbul başa çatır

kolleclere-qebul-basa-catir
Oxunma sayı: 645

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 30 avqust saat 11:00-a olan məlumata görə tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6838 abituriyentdən 5526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent qeydiyyatdan keçməyib.

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.