Kişilərin prostat və cinsi zəiflik, qadın və uşaqların sidikqaçırma problemləri - - Videolarla

kisilerin-prostat-ve-cinsi-zeiflik-qadin-ve-usaqlarin-sidikqacirma-problemleri-
Oxunma sayı: 16702


Prostat vezi nədir?  Prostat vəzi bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil və min illərdir ki, tibbə və həkimlərə məlumdur. Prostat vəzi bütün kişilərdə anadangəlmə olan bir orqandır və sadəcə olaraq son 20  ildə daha çox diaqnozlaşdırma imkanı  (xüsusən ultrasəs müayinə - USM, prostatın  spesifik  antigen analizi PSA - və s.) əldə olunduğu üçün belə yanlış təsəvvür yaranmışdır.

 Prostat vəzi kişi cinsiyyət orqanlarından biridir. Çəkisi 25-30 qram olmaqla, sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyətində - nəsilar¬tırmasında həyati əhəmiyyətli rol oynayır.   

Bu orqanın xəstəliklərinin son nəticələri kişilərdə cinsi zəiflik (impotensiya), kişi sonsuzluğu, sidik ifrazının ağır pozuntuları (sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, sidik daşları və həyat üçün təhlükəli kəskin böyrək çatışmazlığı şəklində özünü göstə bilər..

Prostat vəzinin xəstəlikləri gənc yaşlarda və yetkin yaşlarda tamamilə fərqli mahiyyət daşıyır. Müasir tibb elmi  üçün prostat vəzinin 3 xəstəliyi xüsusən aktualdır:  prostatitlər, prostat vəzinin xoşxassəli böyüməsi (və ya hiperplaziyası, və ya adenoması) və prostat vəzinin xərcəngi. 

Əgər söhbət nisbətən gənc yaşlardan gedirsə, deməli söhbət prostatitlərdən, yəni prostat vəzinin iltihabından gedir. Prostatitlər əsasən yeniyetmə və gənclərdə rast gəlir və müalicə edilməmiş və ya pis müalicə edilmiş zöhrəvi xəstəliklər – qonoreya (tripper), trixomoniaz, xlamidiya, mikoplazma, ureaplazma kimi infeksiyalar, bəzən də qeyri-zöhrəvi infeksiyalar bunun səbəbi olur.. Davamı bu videoda: 

http://www.youtube.com/watch?v=mJrozM3FWcg

2- KİŞİLƏRİN CİNSİ ZƏİFLİK PROBLEMİ  –  ÇIXIŞ YOLU 

Cinsi zəiflik nedir və necə müalicə olunur? 

Cinsi zəiflik  (erektil disfunksiya, impotensiya) dedikdə, kişinin tamdəyərli, yaşına müvafiq olaraq cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür və bu zaman cinsi həvəsin olmaması, yaxud cinsi fəaliyyət aktının erkən  bitməsi və s. kimi digər hallar ayrıca nəzərdə tutulur.

Cinsi zəifliyin əlamətləri (formaları) 

• Cinsi aktın mümkün olmaması (tam impotesiya)

• Ereksiyanın (cinsiyyət üzvünün bərkiməsinin) zəifləməsi

• Cinsi oyanma baş versə də ereksiyanın - cinsiyyət üzvünün bərkiməsinin olmaması

• Cinsi aktın müddətinin (tez və ya gec bitməsi) müxtəlifşəkilli pozulması  və cinsi həvəsin olmaması 

Cavan kişilərdə cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir. Belə ki, gənclərdə cinsi zəifliyin müxtəlif növlərinin yaranmasında daha çox psixoloji səbəblər üstünlük təşkil edirsə, yaşlılarda cinsi zəifliyin yaranmasında müxtəlif orqanların xəstəlikləri , yəni orqanizmdə mövcud olan xəstəliklər (həm kişi cinsiyyət üzvlərinin, həm də digər orqanların xəstəlikləri) üstünlük təşkil edir. Lakin impotesiya hansı səbəbdən baş verirsə versin, xəstəliyin müəyyən dövründə mütləq psixoloji səbəblər (qorxu, həyəcan, ümidsizlik və bunun kimi) əlavə olunur. Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri bunlardır. Davamı bu videoda: http://www.youtube.com/watch?v=iUQ4NccgRsc

QADINLARDA SİDİK QAÇIRMA PROBLEMİ   - ÇIXIŞ YOLU

Qadınlarda sidikqaçırma (sidiyi saxlaya bilməmək, sidik saxlanmazlığı) dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.

Bu əsasən 30 yaşını keçmiş qadınların xəstəliyidir. Daha çox doğuş keçirmiş qadınlarda rast gəldiyi kimi, gənc qadın və qızlarda da rast gələ bilər. Bu sayaq sidik qaçırma gecələr sidiyi saxlaya bilməməkdən fərqli bir hal olduğu üçün, səbəbləri də, müalicəsi də fərqlidir. 

Qadınlarda sidiyi saxlaya bilməmək həyat üçün təhlükəli bir hal deyil, lakin dərin tibbi – sosial və psixoloji bir problemdir. Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri - iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər: daim xəstədən xoşagəılməz qoxu gəlməsi və ya qoxu gəlmək qorxusu, evdən hətta qısa müddətə harasa çıxanda uşaq bezindən (pampersdən) istifadə məcburiyyəti və sair normal yaşam çətinlikləri bəzən belə arzuolunmaz ağır hallara səbəb olur.

Bütün dünyada hər 3 qadından biri (38%) sidiyi saxlamaqla bağlı problemdən daimi əziyyət çəkir. Daha 20%-isə ara-sıra əziyyət çəkir. Hesab olunur ki, bir çox qadın bunu utanaraq gizli saxladığından, bəziləri isə menopauza dövrü üçün normal hal hesab edib, həkimə müraciət etmədiyindən, bu rəqəmlər həqiqətdə daha böyükdür. Bir çox qadınlar, xüsusən bir neçə dəfə uğursuz müalicə olmuş qadınlar belə hesab edir ki, bu belə də olmalıdır və buna çarə yoxdur. Halbuki bu gün belə xəstələrin hər birini müalicə ilə tam sağlam olduğu dövrlərə qaytarmaq mümkündür.

Davamı bu videoda:

http://www.youtube.com/watch?v=Z2jtu-__Fp0

UŞAQLARDA SIDIKQAÇIRMA - GECƏ ENUREZİ  – ÇIXIŞ YOLU 

ENUREZ (gecə enurezi, yuxuda sidik qaçırma,  gecələr sidiyi saxlaya bilməmək,  qeyri  iradi sidik ifrazı,  inkontinens və s.)  həyat üçün təhlükə törətməsə də, uşaqlara (və gənclərə) mənəvi əzab verərək, sinir sistemini pozur, onlar həyatda layiq olduğu yeri tuta bilmir, yaş artdıqca kişilərdə impotensiyaya, sonsuzluğa,  qadınlarda isə dərin psixi pozğunluqlara gətirib çıxara bilər.

Enurez nədir?   

 ENUREZ – uşağın inkişaf yaşına uyğun olmayan, uzun müddət davam edən hal olub, yuxuda ikən yerinə sidik buraxmasıdır. Uşağın inkişaf yaşı dedikdə qızlarda 4 yaş, oğlanlarda 5 yaş nəzərdə tutulur. Belə ki, Uşaq enurezi üzrə Beynəlxalq Elmi Cəmiyyət belə qəbul edib ki, əgər 5 yaşını tamam eləmiş uşaq yuxuda ikən sidik buraxmaqda davam edirsə, bu ENUREZDIR və müalicəyə başlanılmalıdır.

Enurezin diaqnostikası və müalicəsi ilə bağlı mühüm problemlərdən biri xəstəlik haqqında cəmiyyətdə və hətta tibb nümayəndələri arasında uzun illər formalaşmış yanlış fikirlər və ya sistemli səhvlərdir. Belə yanlışsəhv fikirlərin  bir neçəsinə aydınlıq gətiririk;

1. Enurez yetkinlik yaşında özbaşına sağalan xəstəlikdir.(???)  Səhvdir! Təkcə bizim klinikada yaşı 18-dən yuxarı 100-lərlə enurezli oğlan və qız müalicə almışdır..

2. Dərin yuxu enirezin səbəbidir. Səhvdir və zərərli fikirdir. (???) ! 1-cisi, heç bir tədqiqat bu fikri təsdiq etməyib. 2-cisi - enurezli və enurezsiz  uşaqlar hamısı dərin yatır! - bu uşaq orqanizminin və sinir sisteminin normal, böyüklərdən fərqli halıdır!

3. Uşağı gecələlər oyatmaq və zəngli saat metodu. Səhvdir! Bunların xüsusə azyaşlı uşaqlar üçün ziyanı faydasından dəfələrlə çoxdur. Təcrübədə bu üsulla uşağını müalicə etdirib sağaltmış valideynə rast gəlmək mümkün deyil.

4. Uşaq bezlərindən (pampers) istifadə. Səhvdir! Bu, müalicəni yubandıran əsas səbəblərdəndir. Uşaq bezləri yalnız xüsusi hallarda istifadə üçündür. Bu  ona gətirib çıxarıb ki, nəinki birincili (anadangəlmə) enurezlərin müalicəsini çətinləşdirir, hətta ikincili enurez yaradır ki, artiq bu ekspertlər tərəfindən enurezin yeni forması kimi – “uşaq bezi –(pampers) enurezi kimi “ təsnif olunur.

 Davamı bu videoda:

http://www.youtube.com/watch?v=RC8kOYx4P3w

“Real” Tibb Mərkəzində (Doktor Süleyman Cəbrayılov) sidik ifrazı pozulmalarının müxtəlif formalarının cərrahiyyəsiz müalicəsi məqsədilə Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları ilə) təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə həkim-professor iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi - tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verilir. Dünyanın 10-larla ölkəsində, habelə ABŞ, Avropa,  o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.

P.S. Siz Dr. Süleyman Cəbrayılovun  aşağıdakı  məqalələrini internet saytlarından   (realtibb.com )  oxuya bilərsiniz:

Prostat vəzi xəstəlikləri: Adenoma

Kişilərin cinsi zəiflik problemi

ENUREZ – yuxuda sidikqaçırma

Kişilərin prostat vəzi  problemi – Çıxış yolu        

Qadinlarda sidik qaçirma  problemi

Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər

Gecələr sidiyi saxlaya bilməmək –Gecə  enurezi

“Real” tibb mərkəzi

8 km, B.Nuriyev, 55 

(050) 501 60 70 

(055) 519  91 84