Kişilərdə saç tökülməsi probleminə son

kisilerde-sac-tokulmesi-problemine-son
Oxunma sayı: 25265

Almaniyada istehsal olunan təbii maddələrdən hazırlanmış “gicitkan ekstraktlı Tresan şampun”ları saç tökülməsinin və baş dərisində kəpək yaranmasının qarşısını alan ən təsirli müalicəvi-gigiyenik vasitədir.

Qafqazinfo” xəbər verir ki şirkət tərəfindən təqdim olunan “gicitkan ekstraktlı Tresan şampun” müalicəvi xüsusiyyətinin olması ilə digər saç yuyucu vasitələrdən fərqlənir və heç bir kimyəvi qarışığa malik deyil. İlk yumadan saç tökülməsini əhəmiyyətli dərəcədə dayandıran gicitkan ekstraktlı Tresan şampunlar əsasən kişilər üçün nəzərdə tutulub. Gicitkan ekstraktındakı üzvi, qeyri-üzvi maddələr, mikroelementlər, vitaminlərin saç follikullarına müalicəvi təsir edir. Yalnız Tresan şampun, bu xüsusiyyətə malik olduğunu nəzərə alaraq, kişilər üçün saç tökülməsinin qarşısını alan ən ideal vasitədir.

Tresan şampunlar müalicəvi xarakterli olduğundan yalnız apteklərdə (Dokta, Avromed) satılır. Tel: 055 907 32 22.

Saçlar insanların şəxs olaraq özünü ifadə etdiyi bir vasitəyə çevrilməkdədir. Saçların bioloji olaraq qoruma , isti saxlama , kamuflaj kimi vəzifələri insanlar tərəfindən heç də önəmli deyil. Saçın normal və sağlam görünüşü sosial və səxsi ünsiyyət və münasibətlərdə çox önəmlidir. Saçların bioloji deyil, psixoloji tərəfləri ön plana çıxmışdır. Saç modelləri sosial qrupları, şəxsi və ya sosial durumu, hətta sadəcə bir duyğunu özündə əks etdirir, hətta qarşı cinsin diqqətini cəlb etmək üçün insanlar tərəfindən istifadə edilməkdədir. Bu baxımdan saçların tökülməsinin insanlara nə qədər çox sıxıntı yaratdığını da ifadə etmək lazımdır.

Saç telinin sıxlığı, qalınlığı, rəngi, xaraterik özəlliyi irqə, yaşa, cinsə və yaşadığı yerə görə dəyişir. Orta yaşlı sağlam bir insanın ümumi olaraq bədənində orta hesabla 5 milyon tük vardır. Baş dərisini örtən tüklərin sayı isə 100 000 ilə 150 000 arasında dəyişir. Yeni doğulmuş körpənin baş dərisinin hər 1 kv.sm-də 1 100 saç kökü mövcuddur. Sarışınlarda bu say qara saçlılardakına nisbətən çoxdur. 25 yaşındakı bir insanda bu say 600-ə düşür. 30-50 yaş arasında bu rəqəm 250-300 həddindədir. Saç teli normal olaraq 1 ayda 6-12 mm uzanır və normal ömrü ərzində 3 dövrə aid edilir:

1- Anogen dövr - 2-8 il davam edir, bu zaman ərzində saç davamlı böyüyür.

2- Katagen dövr - 2-4 həftə davam edir, saç follikulunun dərinliyi azalır.

3- Telogen dövr - 3-4 ay sürür, saç dincəlir, yəni uzanmır və dövrün sonunda saç kökündən ayrılır və düşdüyü yerdən yeni bir saç çıxır.

Saç teli qeyd etdiyimiz dövrləri başa vurduqdan sonra tökülür. Bu say gün ərzində 50-100 ola bilər və normal sayılır. Ciddi seyrəlmə müşahidə olunursa, bunun səbəbini müəyyən etmək və aradan qaldırmaq lazımdır.

Saç tökülməsinə səbəb olan bir neçə amil var:

1- Saç follikulunun müxtəlif kimyəvi maddələrə məruz qalması ( jöle, sprey və s.)

2- Gündəlik fen istifadə edərək saç köklərini hədsiz isitmək

3- Saç dərisində və follikullarda yaşayan seborik dermotit

4- Düzgün qidalanmamaq (qidada sink, dəmir, maqnezium, B qrup vitaminlərin çatışmazlığı)

5- Kişilərdə dihidrotestesron səviyyəsində ani və ya dövri dəyişiklik

6- Stress faktoru (həyəcan, iş rejimi ağırlığı, yuxu rejiminin düzgün olmaması və s.)

Bu sadalanan faktorların təsirindən follikulları qidalandıran xırda damarlarda (kapilyarlarda) dəyişiklik baş verir, atrofiya olur, nəticədə saç teli möhkəmliyini itirir və ən kiçik mexaniki təsirdən qopur. Gündəlik həyatımızda olan bu zərərli amilləri ciddiyə alaraq onların qarşısını almağa çalışmalıyıq və mülicəvi üsullar haqqında maraqlanmalıyıq. Gicitkan otunun faydaları haqqında yəqin ki, çoxlarının məlumatı var və bu barədə bir çox xalq təbabəti kitablarında, sağlamlıq haqqında televiziya verilişlərində yetərli məlumatlar verilmişdir. Gicitkan otu ekstraktının baş dərisinə və saç köklərinə nə qədər faydalı olduğunu da yəqin ki, bir çoxunuz bilirsiniz. Gicitkan ekstraktını davamlı olaraq istifadə etdikdə saçların canlandığını, təravətli olduğunu və tökülməsinin dayandığını müşahidə etmək mümkündür.