Kişi sonsuzluğunun əsas səbəbkarı - Video

kisi-sonsuzlugunun-esas-sebebkari
Oxunma sayı: 14343

Varikosel nədir?

Varikosel - kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür.

Varikosel - xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən Varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.
Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir nəticədə, spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq Varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyyə olunur.

Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiya (aşılama) planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır. Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikoselhansı şikayətlərə səbəb olur?

Varikosel - əsasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir.Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel - fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel - müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman Varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə Varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

Hansı üsulla müalicə olunur ?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99%-a qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır.

Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 sonra olur.

PNL - BÖYRƏK DAŞLARININ QAPALI ÇIXARILMASI.
HOLMİUM LAZER-COOK MEDİCAL.
URS - SİDİK AXARI DAŞLARININ ÇIXARILMASI.
FLEXİBLE URS.
PROSTAT VƏZİNİN ADENOMASI.
PLAZMA-KİNETİK TUR (XXI ƏSRİN PROSTAT ADENOMASI MÜALİCƏSİ).
VARİKOSELİN MİKROCƏRRAHİ MÜALİCƏSİ.
KİŞİ SONSUZLUĞU.
KRİPTORXİZM - XAYALARIN ENMƏMƏSİ.
CİNSİYYƏT ORQANLARININ PROTEZLƏŞDİRİLMƏSİ.
EREKTIL DİSFUNKSIYA (IMPOTENSIYA).
PROSTATİT.
PEYRONİYE - PENİS ƏYRİLİYİ.
ERKƏN BOŞALMA
İNKONTINANS.

Dr.Seymur MEHTIYEV
Urolog-androlog
Mob: (+99455) 2444430
(+99412) 5554430
www.drseymur.az 
www.urolog.az 
Dr. Seymur MEHTIYEV