Kərəm Həsənovun qəbul vaxtı dəyişdi

kerem-hesenovun-qebul-vaxti-deyisdi
Oxunma sayı: 843

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüş 10 dekabr 2016-cı il tarixində olacaq. Qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.