Kərəm Həsənov İmişlidə görüş keçirdi

kerem-hesenov-imislide-gorus-kecirdi
Oxunma sayı: 761

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişlidə vətəndaş qəbulu keçirib.

Qafqazinfo” xəbər verir ki, qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşlar iştirak edib.

Komitə sədri müraciət edən vətəndaşları dinləyib, onların müraciətində bildirdiyi məsələlər ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, əmlaka çıxarış və digər sənədlərin alınması, dövlət mülkiyyətində olan əmlakın icarəsi və özəlləşdirilməsi ilə bağlı müxtəlif səpkili müraciətlərini səsləndiriblər.

Qəbulda vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Həmin gün birbaşa müraciət edən vətəndaşların da müraciətlərinə baxılıb.