İTV-dən qaydaları pozan verilişlə bağlı - Açıqlama + Video

itv-den-qaydalari-pozan-verilisle-bagli
Oxunma sayı: 7510

İTV-də yayımlanan “Evakuator” verilişinin layihə rəhbəri Coşqun Vəliyev “Azərbaycan” qəzetinin son sayında proqramla bağlı yazılan tənqidi məqaləyə münasibət bildirib.

Layihə rəhbəri “Qafqazinfo”ya açıqlamasında deyib ki, çəkiliş zamanı təhlükəsizlik qaydalarına riayət olunur:

“Yazını oxudum. Orada bəzi şeylər qeyd olunub. Xüsusilə, ayaqüstdə duranları tənqid ediblər, qaydaları pozduqlarını bildiriblər. “Evakuator” verilişinin çəkilişi zamanı həmin an aşağı sürətdə hərəkətdə olunur. Biz hər zaman təhlükəsizlik qaydalarını nəzərə alırıq, bundan sonra da nəzərə alarıq. Bu kimi problemləri növbəti çəkilişlərdə aradan qaldıracağıq”.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin hazırladığı materialda “Evakuator” verilişinin başdan ayağa kimi qanun pozuntuları, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunduğu əks olunub.

"Qafqazinfo" bu məqamda həmin proqramdan bəzi görüntüləri təqdim edir: