İtkin düşən yol polisi tapıldı

itkin-dusen-yol-polisi-tapildi
Oxunma sayı: 7381

Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb.

BDYPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb.

Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb.

Ə. Kərimov axtarıldığından xəbərsiz olub.