“İRƏLİ” terror qurbanlarını yad etdi

ireli-terror-qurbanlarini-yad-etdi
Oxunma sayı: 747

“İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Anar Qurbanov Bosniya və Herseqovinada yerləşən Banya-Luka şəhərində təşkil olunan YEU (Youth for Exchange and Understanding İnternational) Baş Assambleyada iştirak edib.

Birlikdən "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirin açılışı zamanı ilk olaraq terror hadisələri zamanı dünyasını dəyişən insanlar bir dəqiqəlik sükutla yad edilib.

İki gün davam edən tədbirdə 2015-2016-ci il üzrə iş planları müzakirə edilib.

Eyni zamanda, şəbəkəyə yeni üzvlərin qəbulu üçün səsvermə keçirilib və həmin səsvermədə “İRƏLİ” İctimai Birliyi üzv təşkilat olaraq iştirak edib.