“İnsanlar həyatlarını həkimlərə etibar edir” - Nazir

insanlar-heyatlarini-hekimlere-etibar-edir-
Oxunma sayı: 2372

“Hər kəs üçün seçdiyi sənət, peşə maraqlıdır. Amma həkim diplomunu almaq daha məsuliyyətlidir. Çünki insanlar ən qiymətli nemətlərini - sağlamlıqlarını, çox vaxt həyatlarını həkimlərə etibar edirlər”.

Qafqazinfo” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin tələbələrinin “Məzun Günü”ndə deyib. Nazir bildirib ki, Azərbaycanda səhiyyə sahəsindəki problemlərə həmişə dövlət səviyyəsində böyük diqqət yetirilib. “Prezidentin təşəbbüsü ilə yüzlərlə yeni xəstəxanalar, tibb müəssisələri, o cümlədən tədris binaları tikilib, bu müəssisələr unikal avadanlıqlarla təchiz olunub. Bu gün bizim həkimlər Avropada və digər ölkələrdə keçirilən müxtəlif simpoziumlarda, tədbirlərdə iştirak edirlər”.

Azərbaycanda həmişə ziyalılara, alimlərə hörmətlə yanaşıldığını bildirən nazir gəncləri tibb sahəsindəki görkəmli alimlərimiz və mütəxəssislərimizin təcrübəsindən yararlanmağa çağırıb. Nazir O.Şirəliyev “Siz bu gün böyük həkim ailəsinə qoşulursuz. Seçdiyiniz sənət bəzən ağır, çətin olacaq, amma daim xeyirxah olacaq. İlk addımlarınız uğurlu olsun”.