“İnşaatçılar”da yeni eskalator quraşdırıldı

insaatcilarda-yeni-eskalator-qurasdirildi
Oxunma sayı: 1171

Sabahdan etibarən “İnşaatçılar” stansiyasının təmirə bağlanmış II vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Katib bildirib ki, təmir bu ilin yanvar ayının 18-dən başlanıb. 30 illik istismar müddətini başa vurmuş «ET-5» tipli üç eskalator sökülüb. Sökülmüş avadanlığın əvəzinə, Almaniyanın «Thyssen Krupp» şirkətinin «Tugela FT 945» tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Məlumat üçün bildirək ki, eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər. Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.