İlk partiya təşkilatı sədrlərinin toplantısı - Fotolar

ilk-partiya-teskilati-sedrlerinin-toplantisi
Oxunma sayı: 1138

Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə 1 noyabr Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar toplantı keçirilib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, İdarə Heyətinin üzvləri,Yeni Azərbaycan Partiyasının namizədləri və partiya fəalları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq, 1noyabr Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilməsi, seçki kampaniyasının ən mühüm və məsul bir mərhələsinin başlanması, partiya fəallarının qarşısında daha ciddi vəzifələrin qoyulduğunu bildirib.

YAP Gəncə şəhər Təşkilatının hazırda 35 min üzvü var və bu böyük qüvvə qətiyyətli sözünü deyəcək,Yeni Azərbaycan Partiyasının qələbəsini təmin etmək üçün öz töhfəsini verəcək.