İkimərtəbəli fərdi ev yandı

ikimertebeli-ferdi-ev-yandi
Oxunma sayı: 664

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.