İdman jurnalistikası ixtisas oldu

idman-jurnalistikasi-ixtisas-oldu
Oxunma sayı: 698

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat"ında dəyişiklik edib.

Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası", Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya" ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya" ixtisasının isə adı dəyişdirilib, "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat" ixtisası adlandırılıb.