İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib

icra-hakimiyyetinde-sahibkarlarla-gorus-kecirilib
Oxunma sayı: 1368

Səbail rayon İcra Hakimiyyətində Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının və digər aidiyyəatı qurumların rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb. Ölkə başçısı İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Eldar Əzizov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanıb.

Keçirilən görüşün də əsas məqsədinin neqativ halların aradan qaldirilması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.

İcra başçısı gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin bu günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə edib. Eldar Əzizov RİH tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidənqurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd edib.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandıılmış, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.

Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.