İcra başçısı süfrə açdı - Fotolar

icra-bascisi-sufre-acdi-fotolar
Oxunma sayı: 1174

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbirə toplaşanları salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Ölkədə yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib, qeyd olunub ki, hər il dövlət büdcəsində sosial məsələlərə ayrılan xərclər artırılır. Bu il iyulun 1-dən təqaüdlər artırılıb, yoxsulluğun azaldılmasına yönəldilən Dövlət Proqramının həyata keçirilməsi əhalinin həyat və yaşayış səviyyəsinin daha da yüksələcək.

Son illər ərzində rayonda sosial yönümlü obyektlərin tikintisi və əsaslı təmirinə, əhalinin məişət şəraitinin, o cümlədən kommunal və s. problemlərinin yaxşılaşdırılmasına yardımçı olan tədbirlərin həyata keçirilməsinə böyük fikir verilir. Qısa müddət ərzində RİH tərəfindən Badamdar qəsəbəsində «Abad həyət» layihəsi əsasında 10, mərkəzdə 80-ə yaxın həyət əsaslı təmir olunub, 4 yeni istirahət bağı, 2 istirahət güşəsi yaradılıb, Xeyir-şər yeri tikilib, Badamdar Mədəniyyət evi, 7 orta məktəb, 4 uşaq bağçası, 2 musiqi məktəbi, 2 poliklinika əsaslı təmir olunub, sakinlərin elektrik enercisi ilə təminatının yaxşılaşdırılması üçün 3 yeni yarımstansiya istifadəyə verilib, yeni qaz və su xətləri çəkilib, 2 ədəd su anbarı tikilib. Bu sahədə işlər davam etdirilir.
Bildirilib ki, Səbail rayonunda hazırda yaşı 70-i ötmüş 5000 nəfərə yaxın ahıl vətəndaş yaşayır. Ümumilikdə isə rayonda 13365 nəfər təqaüdçü vardır, il ərzində təqaüd və müavinətlərin ödənilməsində gejikmələrə yol verilməmişdir. Rayonda müxtəlif növ və kateqoriyalar üzrə 2509 nəfər sosial müavinət, 367 ailə (1496 ailə üzvü) Ünvanlı Sosial Yardım alır. Hazırda rayondakı müəssisə və təşkilatlarda 88912 nəfər çalışır və 2011-ji ilin I yarısı ərzində 619 yeni iş yeri açılmışdır ki, bu işlər davam etdirilir.
Tədbirdə əməkdar artist Ruhəngiz Allahverdiyeva iştirakçıların qarşısında böyük konsert proqrammı ilə çıxış edib.

Nərgiz Ehlamqızı