İcra başçısı restoranını satır - Fotolar

icra-bascisi-restoranini-satir
Oxunma sayı: 11317

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsus restoran satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda musavat.com məlumat yayıb. Məlumatda qeyd edilir ki, restoran yeni avtovagzal ilə üzbəüz 10 sot torpağın icində tikilib. Obyekt xususi zövq və dizaynla təmir olunub və ümumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti, həyətdə 4 kabineti və acıq verandası var.

Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib.

 Restoran 1 milyon 200 min manata satışa çıxarılıb.