İcra başçısı ahıllarla görüşdü - Fotolar

icra-bascisi-ahillarla-gorusdu-
Oxunma sayı: 1229

1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur.

Qafqazinfo”ya daxil olan məlumata görə, əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  ilə görüş keçirilib. Tədbirdə iştirak edən  İcra Başçısı Asif Əsgərov bildirib ki, yaşlılar da  cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.


Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim edilib.