I sinfə qəbul prosesi davam edir

i-sinfe-qebul-prosesi-davam-edir
Oxunma sayı: 951

I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi davam edəcək.

"Qafqazinfo" xəbər verir ki, qeydiyyat Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılır. Tədris ili başladıqdan sonra quruma valideynlər tərəfindən 410 müraciət daxil olub.

29 sentyabr 2016-cı il tarixinə olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36354 nəfəri Azərbaycan bölməsi, 7952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.