Hüseyn Bağırov Kürdəmirdə görüş keçirdi

huseyn-bagirov-kurdemirde-gorus-kecirdi
Oxunma sayı: 756

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Görüş zamanı müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.