Hövsan-Türkan avtomobil yolu təmir olunur

hovsan-turkan-avtomobil-yolu-temir-olunur
Oxunma sayı: 1130

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Qafqazinfo” “Azəravtoyol” un saytına istinadən xəbər verir ki, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 kmolan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Hazırda Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsində “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında mühəndisi kommunikasiya xətlərinin köçürülməsi, 1-1.5 metrdərinlikdə yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması və qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, həmçinin suötürücü boru və keçidlərin inşası işləri aparılır.

Zığ-Aeroport yolundan Zığ-Hövsan yoluna avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə yeni dairə və yol hissəsi də inşa edilir. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilər asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılır.