Hökməlidə yeni bağça açıldı - Fotolar

hokmelide-yeni-bagca-acildi
Oxunma sayı: 3353

Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində Abşeron rayonunun Hökməli qəsəbəsində yeni inşa olunmuş bağçanın açılışı olub.

Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Heydər Əliyevin vaxtında həyata keçirdiyi siyasət sayəsində Azərbaycan sürətlə inkişaf etməkdədir. Əldə edilən inkişaf təhsil sahəsinin maddi-texniki bazasının daha da gücləndirilməsini, yeni-yeni təhsil ocaqlarının inşa edilməsini labüd edir.

Bütün ölkə ərazisində, eləcə də Abşeronda təhsillə bağlı çox böyük uğurların əldə olunduğunu qeyd edən İ.Gülməmmədova rayonda fəaliyyət göstərən bütün məktəb binalarının əsaslı şəkildə təmir olunduğunu, onların maddi-texniki bazasının gücləndirildiyini, eyni zamanda yeni-yeni uşaq bağçalarının tikilərək istifadəyə verildiyini vurğulayıb:

“Bu gün Hökməli qəsəbəsində istifadəyə verilən bağça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza və abşeronlulara göstərdiyi diqqət və qayğının təzahürü və nəticəsidir. Ötən il ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən respublikamızın bütün rayonlarında yeni bağçaların inşa edilməsi təşəbbüsü irəli sürülüb. Bu təşəbbüslə Abşeron rayonunda da uşaq bağçalarının tikilməsinə başlanıldığını və artıq 6 uşaq baxçasının əhalinin istifadəsinə verildiyini bildirən başçının sözlərinə görə, hazırda daha 6 uşaq baxçasının inşası davam etdirilməkdədir”.

Qeyd edilib ki, son illərdə Hökməli qəsəbəsində böyük abadlıq-quruculuq işləri aparılıb. Yeni ambulatoriya binası tikilib. Qəsəbə məktəbi yenidən qurulub.

Daha sonra yeni inşa edilmiş bağçaya baxış keçirilib.