“Hansı məktəbdə pul yığılsa, direktor işdən qovulacaq”

hansi-mektebde-pul-yigilsa-direktor-isden-qovulacaq
Oxunma sayı: 13836

Təhsil Nazirliyi bəzi məktəblərdə 5 oktyabr müəllimlər günü ilə bağlı pul yığılmasına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov valideynlərə müraciət edib:

"Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq".