Hacıqabulda 56 yaşlı kişini gürzə sancdı

haciqabulda-56-yasli-kisini-gurze-sancdi
Oxunma sayı: 1924

Günorta saatlarında Hacıqabul şəhəri, Ordubadi küçəsi 20 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Hüseynov Xalis Pəncalı oğlunu gürzə ilanı sancıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Harami dağının ətəyində yerləşən Hacıqabul qazpaylayıcı stansiyasında işləyən X.Hüseynov elə iş vaxtı gürzə ilanının hücumuna məruz qalıb. O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilan əleyhinə zərdab vurulub.

Hazırda xəstənin vəziyyəti stabilləşib.