Göygöldə ağır qəza - Ölən və yaralananlar var

goygolde-agir-qeza
Oxunma sayı: 1115

Bakı-Qazax magistralının Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hələlik onların kimliyi məlum deyil.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədi çıxarmaq üçün əraziyə FHN-in xilasetmə dəstəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır.