Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib - Fotolar

goycayda-sel-sularinin-dagitdigi-korpu-berpa-edilib
Oxunma sayı: 1055

Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilib, üzəri isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilib.