Göbələkdən növbəti zəhərlənmələr

gobelekden-novbeti-zeherlenmeler
Oxunma sayı: 1166

Tovuzda zəhərlənmə olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1993-cü il təvəllüdlü Svetlana Abbasova ağır zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Abbasova yaşadığı evin həyətində göbələk yığaraq bişirdiyini və yedikdən sonra özünü pis hiss etdiyini bildirib.

***

Şəkidə isə Kosalı kənd sakini, 1965-ci il təvəllüdlü Nüsrət İsmayıl oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 51 yaşlı N. Əhmədov kəndin ərazisindəki çöl sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ərazidən göbələk yığıb, onu bişirərək yeyib.