Gənclər Türkiyədə baş verən terrora etiraz ediblər - Fotolar

gencler-turkiyede-bas-veren-terrora-etiraz-edibler
Oxunma sayı: 1740

Nəsimi rayon gəncləri Türkiyədə baş verən terrora öz etirazlarını bildiriblər.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, dünən Atatürk hava limanında baş verən hadisəyə öz etirazlarını bildirmək üçün gənclər Türkiyənin Səfirliyi qarşısında toplaşıblar.

Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilib, yaralananlara şəfalar dilənib. Nəsimi rayon gəncləri terror aktını pisləyən şüarlar səsləndirib, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğu bildirilib.

Daha sonra gənclər Səfirliyin qarşısına gül dəstələri qoyub.