Gəncədə Xocalı qətliamı anılıb - Fotolar

gencede-xocali-qetliami-anilib
Oxunma sayı: 2687

Gəncə Dövlət Universitetində Xocalı faciəsinə həsr edilmiş “Xocalı soyqırımının 25-ci ildönümü” mövzusunda konfrans keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Konfransdan əvvəl rektor professor Yusif Yusibov başda olmaqla  iştirakçılar foyedə Xocalı faciəsinə həsr olunmuş foto-guşə ilə tanış olub.

 Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra professor Yusif Yusibov ilk öncə Ulu öndər Heydər Əliyevin sözlərini iştirakçıların nəzərinə çatdırdı: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Rəsmi hissədən sonra tələbələrdən Qurban Seyidlinin  gitarda, Müzəffər Qurbanovun kamançada ifaları, Sabir Əbdürrəhimov, Əşrəf  Hacızadə, Aytac Səlimova, Münəvvər Əliyeva, Bilqeyis Quliyeva, Aytac Bahadurlu, Gülsənəm Namazova və Şəhla Qəribovanın söylədikləri poetik nümunələr, nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar dinləyicilərin qəlbində erməni faşizminə sonsuz nifrəti bir daha alovlandırıb.