Gəncədə su basmış evlərdən son xəbər - Video

gencede-su-basmis-evlerden-son-xeber
Oxunma sayı: 1018

Gəncə çayının daşması nəticəsində su basmış evlərin sayı artıb.

Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, artıq 34 ev qəzalı hesab olunur. Hazırda əraziyə texnika yeridilib. Çayın yatağının dərinləşdirilməsi və məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır.

Küçə və həyətlərin tam olaraq sulardan təmizlənib, bəzi evlərin zirzəmiləri isə hələ də su ilə doludur. Dəyən zərərin məbləği isə gələn həftə dəqiqləşəcək.

Gəncə şəhər icra başçısının müavini Mikayıl Zeynalovun sözlərinə görə, evlərə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib.

“Fövqaladə Hallar Nazirliyinə, Azərbaycan respublikasının baş nazirinə və Prezident Administrasiyasına müraciət edilib. Fövqalədə Hallar Nazirliyinin mütəxəsisləri ilə birlikdə komissiyanı gözləyirik. Müvafiq rəylər alındıqdan sonra bu evlərin müqəddəratı barədə qərar veriləcək”, - deyə Mikayıl Zeynalov bildirib.

Qeyd edək ki, mayın 24-ü səhər saatlarında başlayan güclü yağış nəticəsində Gəncənin Kəpəz rayonu, Vəli Xuluflu küçəsindəki evlərdən bəzilərini su basıb.