Gəncədə orduya dəstək mitinqi başladı - Video

gencede-orduya-destek-mitinqi-basladi
Oxunma sayı: 7022

Bu gün səhər saatlarında Gəncə şəhərində aksiya keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cəbhədə gedən döyüşlərdə şəhid olanların yaxınlarına və döyüşən əsgərlərə dəstək üçün vətənpərvər şüarlarla şəhərin mərkəzində yürüş keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, aksiyada 10 minə yaxın vətəndaş iştirak edir. Yürüş aksiyası Azərbaycan əsgərlərinin erməni işğalçıları ilə Qarabağ uğrunda apardığı döyüşlərə dəstək məqsədilə keçirilib.