Gəncədə konfrans keçirilib

gencede-konfrans-kecirilib
Oxunma sayı: 646

"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə konfrans təşkil olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransda MDB ölkələrindən 300-dən çox gənc arasından seçilən 40-a yaxın alimlər, ekoloqlar, iqtisadçılar və gənc fəallar iştirak edib.

Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev "yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın Gəncədə keçirilməsini müsbət qiymətləndirib. 

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə çıxışında vurğulayıb ki, bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb və "yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar. 

"Təbiət Dostları" Gənclər Təşkilatının sədri Elşən Nur diqqətə çatdırıb ki, "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi- gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır.

Konfransda aşağıdakı mövzulara uyğun olaraq 4 fərqli bölmələrə görə elmi-praktik işlərin təqdimatları və müzakirələri aparılıb.

1. Alternativ enerji və ekoloji nəqliyyatın inkişaf perspektivləri

2. Yaşıl kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatının gələcəyi

3. Yaşıl tikinti, “ağıllı şəhər” (Smart City) konsepsiyasının tətbiqi

4. Ekoloji təşəbbüslər (ekoloji maarifləndirmə, davamlı turizm, ekoloji Startup-lar)

Qeyd edək ki, konfras iştirakçıları üçün Gəncə şəhərində ekskursiyalar və Göygöl Milli Parkında Ekotur təşkil edilib.