Gəncədə faciə qurbanları anıldı - Fotolar

gencede-facie-qurbanlari-anildi
Oxunma sayı: 2592

“Qanlı Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar Gəncədə şəhidlərin əziz xatirəsi anılıb.

Qafqazinfo” xəbər verir ki, öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şah Abbas Cümə məscidinin axundu Hacı Röya tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Sonra icra başçısı çıxış edərək 27 il bundan öncə törədilən “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub.

Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.