Gəncədə evləri su basdı - Video

gencede-evleri-su-basdi-
Oxunma sayı: 1432

Bir neçə gündür ki, Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb.

Qafqazinfo” Kəpəz TV (Region TV) istinadən xəbər verir ki, bu gecə çayın sol sahilindəki 10-a yaxın ev su altında qalıb. Su çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinə tərəf axmağa başlayıb və onların həyətinə dolub. Evlər qəzalı vəziyyətə düşüb.

Vəziyyətin gərginləşdiyini görən sakinlər aidiyyəti qurumlara xəbər veriblər. Bir neçə saatdır əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Suyun istiqaməti dəyişdirilib. Yaşayış evlərinin həyətlərinə dolan xüsusi qurğularla su çəkilir.