Gəncədə çay evi yanıb

gencede-cay-evi-yanib
Oxunma sayı: 694

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının zirzəmisində fəaliyyət göstərən çay evində yanğın baş verib. Hadisə nəticəsində ümumi sahəsi 130 kv.m olan çay evinin 5 kv.m-i əşyalar birlikdə yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində çay evi və yaşayış binası yanğından mühafizə olunub.