Gələcəyə nəfəs verən yaşıllıqdan - Reportaj

geleceye-nefes-veren-yasilliqdan-
Oxunma sayı: 802

Xəbər verdiyimiz kimi, bu gün Zığ yolunun kənarında aöacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” modern.az-ın bununla bağlı hazırladığı reportajı təqdim edir:

Hərəyə 4-5 ağac əkdik, deyə bilərik. Öz əlimlə “gələcək” əkdim, gələcək nəsillərə “nəfəs” verdim, cüzi də olsa. Yəqin çox yox, təxminən 10 il sonra burda yaranacaq xəfif meşəliyə baxanda öyünəcəyik. Nə qədər xoş duyğudu, deyilmi? Hamıya qismət olsun...

Açığı Zığ yolunun kənarında gördüyüm real mənzərə belə duyğusallaşdırdı məni. Az bir vaxtda minlərlə hektar neftlə çirkli ərazilər, çirkli gölməçələr, qupquru çöllük sahə, bir az da dəqiqləşdirsək zibilxana, mübaliğəsiz deyirəm, ucsuz-bucaqsız fidanlığa çevrilib.Gəl-gör deyir! Təəssüf, çox təəssüf ki, bəzən bu yerlər haqda gəlib görməyənlər danışır. Ya da gördüyünü yalana yozanlar...

Vicdan faktoru hələ də bəzi bloggerlərin və sosial media aktivistlərinin davranış və düşüncə kodeksinə oturuşmayıb...

Öz əlimlə burada gələcəyimiz üçün ağac əkdiyimə görə belələrinə “vicdan dərsi” keçməyə haqqım var, sanıram. Bir də ki, “yalan ayaq tutar, amma yeriməz” axı...Facebook-da özünü ictimai cəfakeş kimi təqdim edən və hər dəfə “muncuq tapıbmış” kimi qəşş eləyərək haqsız yerə milləti məsxərəyə qoyubtəhqir edən və aldadan, əslində dünyadan xəbəri olmayan nadan imici qazanmış “muncuq bloqer” bax bu yerin şəklini göstərib, altından da yazıb ki, o əkilən ağacların hamısı indi quruyub və s.

Bir şəkilə yazılan əsaslandırılmamış saxta şərh, yalan, fakta söykənməyən yorumlar...Şərəfsizliyin də həddi var. Vallah əsəbdən belə sərt ifadələrə yer verirəm. Bu boyda yalan danışmaq üçün nə qədər vicdansız olmaq olar? Görmədən, bilmədən kimisə günahlandırmağı heç feodal dövrünün “sorğusuz baş kəsənləri” də etməyib...

Məsuliyyətsiz və hər şeyi qara görməyi, qara yozmağı özünə peşə seçmiş “aktivistlərə” faktiki, əsl reallığı əks etdirən şəkillərlə cavab verirəm. İndi Zığ yolu böyük bir yaşıllıq zolağına çevrilib. Yəni bunlar faktdır, reallıqdır, insanların gözü qarşısındadır və təsdiqə ehtiyac da yoxdur. Bu o deməkdir ki, bir dövlət qurumunun, yaxud da kimsənin gördüyü müsbət işləri heçə endirmək günahdır və doğru faktı sübut etmək mütləq lazımdır.

Əks təqdirdə sosial şəbəkələrdə boş-boş danışan, ağa qara deyən, vicdanlı, təmiz insanlara qara yaxmağa çalışan, hamısı pisdir, rüşvətxordur deyə, sağlam, dürüst, xalqın, dövlətin maraqlarına xidmət edən insanları təkcə dövlətə qulluq etdiklərinə görə ləkələməyə cəhd göstərənlər ictimai fikri çaşdırmağa davam edəcəк...

Həmin yerdə indi mən də dayanmışam, Zığ-Heydər Əliyev Hava Limanının 15-20-ci kolometrliyində, “Akkord”un anbarı ilə üzbəüz. Hər tərəf sıra ilə əkilən tutuşmuş ağaclardır, əvvəldə bənzətdiyim kimi, gözəl yaşıllıq massividir. Yüz hektarlarla ərazidə yüz minlərlə ağac əkilib, gələcək üçün meşə salınıb. Bunu gözlə də, şəkillə də, nə bilim, helikopterlə də görmək mümkündür.

Hələ bu yerlərin əvvəlki vəziyyətini də yəqin görməyibsiz. Arayıb-axtarıb keçmiş “Binə bazarı” deyilən bu ərazinin söküntüdən sonrakı xarabalıqlarının, zibilliklərinin də görüntülərini əldə etdim. Əvvəlki və indiki vəziyyəti, ümumi mənzərəni necə qiymətləndirməmək olar?

Həqiqətdən, reallıqdan qaçmayın “muncuq blogger”lər!Sosial medianı öz yalanlarınızla çirkaba batırmayın ki, normal düşünən insanlar cəmiyyətlə öz fikirlərini bölüşə bilsin, haqlı tələblərini yaza bilsin, həm də az-çox öz işi ilə məşğul olanlar (demək lazımdır, yaxşı işləyənlər) həvəsdən düşməsin. Sanıram ki, hər hansı problem ətrafında ictimai rəyin düzgün istiqamətə formalaşdırılması üçün əvvəlcə həqiqəti bilmək gərəkdir. Virtual boşboğazlığa son!

Yəni təkcə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında 2008-ci ildən bu günə qədər ümumilikdə 859 hektar ərazidə 894187 ədəd müxtəlif cins ağac və kol bitkisi əkilib. Ekoloqların bu dəfə jurnalistlərlə birgə əkdiyi 5mini də üstə gəlsək, real qələm sahiblərinin də (virtualların deyil) “nəfəs” verdim, deyə öyünməyə haqqı çatacaq.

Bu da bir faktdır ki, ümumiyyətlə son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı ETSN tərəfindən müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 3629 hektar ərazidə 4,7 milyondan çox ağac əkilib, yaşıllıqlar müasir damcılı suvarma sistemləri ilə təmin olunub. “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu”ASC-nin xidməti ərazilərində 1 milyon 200 mindən artıqməhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar yeni əkilmiş zeytun ağaclarının hesabına indi Azərbaycandakızeytun sahələri tarixən salınmış zeytun bağlarından 3 dəfə çoxdur.