Füzulidə uşaq bağçası açıldı -

fuzulide-usaq-bagcasi-acildi-
Oxunma sayı: 1418


“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Fondunun son illər cəbhə bölgəsində yerləşən Füzuli rayonuna və füzulililərə göstərdiyi diqqət və qayğıyadan danışıb. Alı Alıyev bildirmişdir ki, son dörd ildə Heydər Əliyev Fondu Füzuli rayonunda 4 iri layihə həyata keçirib. Bildirib ki, iki mərtəbəli 60 çarpayıdan ibarət olan körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb, uşaqların istirahəti üçün geniş imkanlar təşkil olunub. Çıxış edənlər cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

“Qafqazinfo”