Fuad Muradovun seçicilərlə növbəti görüşü - Fotolar

fuad-muradovun-secicilerle-novbeti-gorusu
Oxunma sayı: 2233

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyası davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bu gün rayonun General Şıxlinski və Neapol küçələrində yaşayan sakinlərlə görüşlər keçirilib.

Görüşlərdə çıxış edən Fuad Muradov bildirib ki, günü-gündən inkişaf edən Azərbaycanda vətəndaşları narahat edən problemlər öz həllini tapmaqdadır. Bilirik ki, sizi də narahat edən bəzi sosial problemlər var, ancaq düşünürəm ki, bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşının ən önəmli məsələsi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir.

Qarabağın işğaldan azad etmək haqqını beynəlxalq müstəvidə qəbul etdirmək, vətənpərvər gənclərin sayının artmasına çalışmaq, hərbçilərə dövlət qayğısının artırılmasına nail olmaq bizim işlərimiz olacaqdır. Bizi fərqli edən gördüyümüz işlərdir. Əsas amalımız xalqa xidmətdir!

Görüşdə çıxış edən seçicilər bildirdilər ki, bu gün ölkəmizin inkişafına, Azərbaycanın daha da çiçəklənməsi üçün çalışan insanlara dəstək olmaq vacibdir. Fuad Muradov o insanlardandır ki, vədlərlə deyil, gördüyü işlərlə fərqlənir.

O da qeyd olundu ki, Xatai rayonunun sakinləri olaraq hamılıqla seçkilərdə layiqli namizəd Fuad Muradova səs verəcəklər. Çünki bundan əvvəlki fəaliyyətində olduğu kimi, bundan sonra da Fuad Muradovun seçicilərinin yanında olacağına, onları narahat edən problemlərin həllində yardımçı olacağına əmindirlər.