Forumunun nəticələriylə bağlı mətbuat konfransı - Fotolar

forumunun-neticeleriyle-bagli-metbuat-konfransi-
Oxunma sayı: 636

Aprelin 27–də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun statistik göstəriciləri barədə məlumat verib.

O, Forumda ümumilikdə 147 xarici ölkədən 1500-dən çox nümayəndənin, o cümlədən prezidentlərin, Baş nazirlərin, Baş nazir müavinlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyini, 45 panel iclasının, təqdimat və qrup görüşlərinin, 86 mədəni tədbirin keçirildiyini, tədbirlərdə 167 natiqin çıxış etdiyini, Forumun işini işıqlandırmaq üçün 120 mətbuat orqanının akkreditasiyadan keçdiyini, bu tədbirlə bağlı televiziyalarda 304, qəzetlərdə 261, internet resurslarında isə 3542 informasiyanın verildiyini vurğulayıb.

Nazir Forum çərçivəsində Bakı Bəyannaməsi kimi əhəmiyyətli sənədin imzalandığını qeyd edib.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda Bakı Qlobal Forumu ilə bağlı fotoqraflar arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.