FHN-in Bakı Regional Mərkəzi Avropa Azərbaycan Məktəbində - Fotolar

fhn-in-baki-regional-merkezi-avropa-azerbaycan-mektebinde
Oxunma sayı: 3062

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 yanvar 2017-ci il tarixində Avropa Azərbaycan Məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlər Sularda Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, FHN Tibb Xidmətinin və Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, Məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd məktəb şagird və müəllim kollektivinə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olub.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub. Birinci hissədə “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Civə dağılmaları zamanı davranış qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.