FHN-dən metro tikintisindəki yanğınla bağlı - Məlumat

fhn-den-metro-tikintisindeki-yanginla-bagli-
Oxunma sayı: 1191

Fövqəladə Hallar Nazirliyi Bakıda metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda tikilməkdə olan metro stansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.